AZ

Venesuela rəsmisi: ABŞ neft uğrunda adi vətəndaşların qanını tökməyə hazırdır

ABŞ hökuməti iri neft şirkətlərinin maraqlarını təmin etmək üçün adi Amerika və Venesuela vətəndaşlarının qanını tökməyə hazırdır.

"Report"un məlumatına görə, bunu Bolivar Respublikasının BMT-dəki daimi nümayəndəsi Samuel Monkada bildirib.

"ABŞ hökuməti, xüsusən də Venesuela neftinin oğurlanmasında lider olan ConocoPhillips və ExxonMobil şirkətlərinin maraqlarını təmin etmək üçün Venesuelanı silahlı hücumla hədələyir.

Amerika ailələrinin uşaqlarına neft şirkətləri səhmdarlarının ciblərini milyardlarla dollarla doldurmaq üçün həyatlarını təhlükəyə atmaq əmri veriləcək və minlərlə Venesuela və Amerika ailəsi məhv ediləcək. Neft uğrunda qan nəcib bir təklif deyil, layiq olmayan və qəbuledilməz bir təklifdir. Neft uğrunda müharibə, İraq, Suriya, Liviya və bir çox başqa ölkələrə qarşı elan edildiyi kimi, ölüm hökmüdür", - deyə o, Təhlükəsizlik Şurasının iclasında bildirib.

Venesuelalı diplomat əmindir ki, ABŞ vətəndaşlarının əksəriyyəti Venesuelaya qarşı müharibəyə başlamaq cəhdlərinə qarşıdır və sonsuz müharibələrin dağıdıcı ideologiyasını rədd edərək təcavüzə son qoyulmasını tələb edir.

Seçilən
79
far.az

1Mənbələr