AZ

“Tottenhem”in keçmiş məşqçisi karyerasını MLS də davam etdirəcək

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Məşqçi Mett Uells Böyük Liqa Futbolunun “Kolorado Repidz” komandasına rəhbərlik edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Amerika klubunun X sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.

O, əvvəllər “Tottenhem Hotspur” sistemindəki müxtəlif yaş qrupları üzrə komandalarda köməkçi məşqçi kimi çalışıb. Uells həmçinin “Bornmut” və “Fulhem”də də oxşar vəzifələrdə çalışıb.

Karyerası ərzində Uells Maurisio Poçettino, Skott Parker, Angelos Postekoğlu və Tomas Frank kimi məşqçilərlə işləyib.

Denverdə yerləşən komanda tarixi ərzində bir dəfə MLS Kubokunu qazanıb. “Kolorado Repidz” Şimali Amerika liqasının on qurucu klubundan biridir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

2Mənbələr