AZ

Rusiya Çernobıl üçün ciddi təhlükə yaradır

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Rusiya tərəfindən endiriləcək yeni zərbənin Çernobıl Atom Elektrik Stansiyasında daxili qoruyucu sarkofaqın çökməsinə səbəb ola biləcəyi bildirilir.

"Ölkə.az" xəbər verir ki, bunu Fransanın AFP agentliyinə açıqlamasında Çernobıl AES-in direktoru Sergey Tarakanov deyib. Onun sözlərini France24 kanalı yayıb.

Direktor bildirib ki, fevral ayında pilotsuz uçuş aparatının zərbəsindən sonra stansiyanın xarici qoruyucu örtüyü ciddi zədələnib və funksiyalarının bir hissəsini itirib. Tarakanovun sözlərinə görə, bu örtüyün tam bərpası 3–4 il çəkə bilər.

O xəbərdarlıq edib ki, hətta obyektin yaxınlığına raket və ya dronun düşməsi də kritik nəticələr doğura bilər. Xüsusilə “İskander” tipli raketin yaratdığı vibrasiyalar daxili qoruyucu konstruksiyanın davam gətirməməsinə səbəb ola bilər.

Məlumatda qeyd olunur ki, mövcud vəziyyət Çernobıl AES ətrafında nüvə təhlükəsizliyi ilə bağlı riskləri artırır və beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur.(Musavat.com)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
3
olke.az

4Mənbələr