AZ

Dələduzlar təqaüdçülərin 9 milyard manat pulunu ƏLƏ KEÇİRDİ

Rusiyalı təqaüdçülər dələduzlara 400 milyard rubl verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin İctimai layihələr idarəsinin rəisi Sergey Novikov məlumat yayıb. Oğurlanan vəsaitlər Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldilib.

Məlumata görə, son bir il ərzində rusiyalı təqaüdçülər dələduzların qurbanı olaraq onlara ümumilikdə 400 milyard rubl (təxminən 9 milyard manat) vəsait köçürüblər.

Novikov bildirib ki, həmin vəsaitlər digər məqsədlərlə yanaşı, həm də Ukrayna Silahlı Qüvvələrinin (VSU) ehtiyaclarının ödənilməsinə sərf olunub.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
43
interpress.az

1Mənbələr