ain.az, Idman.biz saytına istinadən bildirir.
“Real Madrid”in cinah hücumçusu Vinisius Junior klubla müqaviləsini yenilənəcəyinə şübhə işə yanaşır.
İdman.Biz-in “El Chiringuito”ya istinadən verdiyi məlumata görə, braziliyalı ilk dəfə olaraq bəzi “Los Blancos” azarkeşlərinin onu dəstəkləmədiyini hiss edib.
Mənbənin məlumatına əsasən, 25 yaşlı futbolçu hazırda klubla 2027-ci ilin yayında başa çatan müqaviləsini yeniləyib-yeniləməməkdə əmin deyil.
Xatırladaq ki, “Real Madrid” azarkeşləri “Sevilya” ilə La Liqa matçında Vinisiusun əvəzlənməsindən sonra meydanı tərk edərkən onu fitə basıblar.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.