ABŞ-də Baydenin iqamətgahı yerləşən şəhərdə atışma: Naməlum şəxs insanlara atəş açdı
Polislə atışma zamanı cinayətkar zərərsizləşdirilib, hadisə Uilminqtonda baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Delaver ştatının Uilminqton şəhərində naməlum şəxs insanlara atəş açıb. Qeyd edək ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin iqamətgahı məhz bu şəhərdə yerləşir.
Hadisə yerinə gələn polis əməkdaşları ilə cinayətkar arasında atışma baş verib. Nəticədə təcavüzkar zərərsizləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az