Türkiyə Somalidə Xüsusi Hava Qüvvələri Komandanlığı yaradır.
"Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, yeni komandanlığın sərəncamında hücum helikopterləri, qırıcı təyyarələr və hərbi nəqliyyat təyyarələri olacaq:
"Onun missiyası Somali Milli Ordusunun (SNA) əməliyyat imkanlarını gücləndirməkdir".
Gülər qeyd edib ki, bu addım Ankara ilə Moqadişu arasında uzunmüddətli təhlükəsizlik əməkdaşlığının, xüsusən də kadr hazırlığı və terrorizmə qarşı əməliyyatlar sahəsində strateji bir hissəsidir.