GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Avropa İttifaqına üzv olan Xorvatiya və Rumıniyada uzun illərdən sonra ilk dəfə cüzam xəstəliyi qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, hər iki ölkədə aşkarlanan hallar Asiya ölkələrindən olan xarici işçilərlə bağlıdır. Rumıniyanın qərbində yerləşən Kluj şəhərindəki spa mərkəzində çalışan 21 və 25 yaşlı iki İndoneziya vətəndaşında dekabrın 12-də cüzam diaqnozu qoyulub.
Bu hadisə Rumıniyada son 44 ildə, ümumilikdə isə Aİ ölkələrində 40 ildən artıq müddətdən sonra qeydə alınan ilk cüzam halları kimi qiymətləndirilir.
Rumıniya Səhiyyə Nazirliyi bildirib ki, hər iki xəstə müalicə altındadır. Nazirlik həmçinin Hansen xəstəliyi kimi tanınan cüzamın ölkədə sonuncu dəfə 44 il əvvəl müşahidə edildiyini açıqlayıb.
Səhiyyə naziri Aleksandru Roqobete spa mərkəzinin istifadəçiləri üçün ciddi təhlükə olmadığını, xəstəliyin yayılması üçün uzunmüddətli və yaxın təmasın zəruri olduğunu qeyd edib.
Rumıniya mediasının məlumatına görə, xəstələrdən biri yaxın zamanda Asiyaya səfər edib və eyni xəstəlikdən əziyyət çəkən anası ilə bir ay birlikdə olub. Araşdırmalar tamamlanana qədər sözügedən spa mərkəzi müvəqqəti olaraq bağlanıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.