AZ

Türkiyədə təyyarənin yoxa çıxması ilə bağlı rəsmi açıqlama

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu axşam saat 20:10-da Ankara Əsənboğa Hava Limanından Tripoliyə uçan 9H-DFJ nömrəli “Falkon 50” biznes təyyarəsi ilə əlaqə saat 20:52-də kəsilib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə daxili işlər naziri Əli Yerliqaya Liviya Baş Qərargah rəisinin olduğu təyyarə ilə əlaqə kəsilməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən sosial şəbəkə hesabında yazıb.

"Təyyarədən Haymana yaxınlığında təcili eniş barədə sorğu alınıb, lakin sonradan təyyarə ilə əlaqə saxlamaq mümkün olmayıb. Təyyarədə Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla, beş sərnişin olub. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
axar.az

1Mənbələr