Ukraynanın Donetsk vilayətinin Mirnoqrad şəhəri uğrunda şiddətli döyüşlər gedir.
Far.Az xəbər verir ki, bu barədə Rusiya ordusuna yaxın teleqram kanalları məlumat yayıb.
Şəhəri ələ keçirmək istəyən Rusiya hərbçiləri dronlarla Ukrayna ordusunun mövqeləri və hərbi texnikalarına ağır zərbələr endirirlər. Ukrayna ordusu da şəhəri müdafiə etmək üçün Rusiya ordusuna ciddi müqavimət göstərir.