AZ

Baş Qərargah rəisinin radardan itən təyyarəsi ilə bağlı Türkiyədən rəsmi açıqlama (YENİLƏNİB)

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Liviya Baş Qərargah rəisininin olduğu təyyarə ilə əlaqənin kəsilməsini təsdiqləyib.

"Unikal" xəbər verir ki, Yerlikaya "X" sosial şəbəkəsində yazıb:

"Bu gün saat 20:10-da 9H-DFJ quyruq nömrəli Falcon 50 biznes təyyarəsi Ankaranın Esenboğa Hava Limanından Tripoliyə yola düşüb. Lakin təyyarə ilə əlaqə saat 20:52-yə qədər kəsilib.

Bu təyyarənin Haymana bölgəsinə təcili eniş etdiyi bildirilib və bundan sonra təyyarə ilə əlaqə bərpa olunmayıb.

Təyyarədə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

Gedişatla bağlı ictimaiyyətə məlumat veriləcək".

*** 23:05

Ankarada Esenboğa Hava Limanından qalxan özəl jet - "Falcon 50" radardan itib.

"Unikal" xəbər verrir ki, Ankara hava məkanı uçuşlar üçün müvəqqəti bağlanıb.Jetdə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli əl-Həddadın olduğu iddia edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
unikal.az

1Mənbələr