AZ

Təcili: Liviya Baş Qərargah rəisinin təyyarəsi Türkiyədə qəzaya uğradı – VİDEO

Türkiyənin paytaxtı Ankarada Liviya Baş Qərargah rəisinin olduğu təyyarə qəza edib və bu səbəbdən hava məkanı müvəqqəti bağlanıb.

NOCOMMENT.az bildirir ki, məlumata görə, qəza edən Falcon 50 biznes-jet təyyarəsi Esenboğa aeroportundan havaya qalxaraq Tripoli istiqamətinə hərəkət edirdi. Təyyarə havaya qalxdıqdan bir müddət sonra radar nəzarətindən itib. Yerli əhali qalxışdan dərhal sonra uzaqdan boğulmuş partlayış səsi eşitdiyini bildirir.

Təyyarədə ümumilikdə beş nəfər olub, onlardan biri Liviya Baş Qərargah rəisi, general Məhəmməd Əli Əhməd əl-Haddad idi.

Seçilən
86
2
nocomment.az

4Mənbələr