AZ

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsilib

Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatının məlumatına görə, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olub.

Qeyd edilib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Hadisədən sonra Ankara hava məkanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

"HaberGlobal" hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.

Seçilən
60
1
missiya.az

10Mənbələr