AZ

Alveş yaşıl meydana qayıtmaq istəyir

Daniel Alveşlə bağlı maraqlı xəbər yayılıb. O, Portuqaliyanın 3-cü divizionunda çıxış edən “San Joao de Ver” klubunu almağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, 42 yaşlı braziliyalı müdafiəçi hazırda bu niyyətini reallaşdırmaq üçün danışıqlar aparır. O, öz klubunda karyerasını bərpa etməyi və 6 ay müddətinə meydana qayıtmağı planlaşdırır. Alveş həmçinin klubda idman və inzibati vəzifələri öz üzərinə götürmək niyyətindədi.

Xatırladaq ki, İspaniya Ali Məhkəməsi Barselonadakı gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunan Danielə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq bəraət qazandırıb. O, 14 aylıq həbsdən sonra bu ilin martında azadlığa buraxılıb.

Seçilən
35
1
football-plus.az

4Mənbələr