Bakı. Trend:
Fransanın “Lion” klubu hücumçu Endrikin cari mövsümün sonunaqədər “Real Madrid”dən icarəyə götürüldüyünü rəsmən açıqlayıb.
Trend xəbər verirki, bu barədə məlumat klubun rəsmi saytında dərc olunub.
Açıqlamada bildirilir ki, “Lion” dekabrın 29-da komanda iləməşqlərə başlayacaq Endriki heyətdə görməkdən məmnundur vətransferin reallaşmasına imkan verən səmərəli danışıqlar vəəməkdaşlığa görə “Real Madrid” klubuna təşəkkür edir.
Qeyd olunur ki, daha əvvəl KİV 19 yaşlı hücumçunun icarəmüqaviləsində “Lion” üçün satınalma variantının nəzərdətutulmadığını yazmışdı. Fransa klubu futbolçunun maaşının birhissəsini ödəməyə razılıq verib.
Cari mövsümdə braziliyalı futbolçu bütün turnirlərdə üç oyundaiştirak edib və meydanda ümumilikdə 99 dəqiqə keçirib. Endrikin“Real Madrid”lə mövcud müqaviləsi 2030-cu ilin yayına qədərqüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, oyunçununbazar dəyəri 25 milyon avro təşkil edir.