AZ

Bu il ağır oldu, gələn il daha ağır olacaq...

İtaliyanın Baş naziri Corciya Meloni Milad bayramı ərəfəsində hökumət ofisinin əməkdaşlarına müraciəti zamanı işçilərdən bayram günlərində yaxşı dincəlmələrini xahiş edib.

Modern.az xəbər verir ki, o, qarşıdakı ilin daha çətin olacağını bildirib.

Baş nazir çıxışında komandasını “ailə” adlandıraraq, bütün il ərzində çətinliklərə qarşı birlikdə mübarizə apardıqlarını deyib.

O, ötən ilin hamı üçün ağır keçdiyini vurğulayıb, lakin zarafatla əlavə edib ki, narahat olmağa dəyməz, çünki gələn il daha da ağır olacaq. Məhz buna görə də Meloni əməkdaşlarına bayram günlərində kifayət qədər istirahət etməyi tövsiyə edib.

Baş nazirin bu ifadələri yerli mediada qara yumor nümunəsi kimi qiymətləndirilib.

Seçilən
6
1
modern.az

10Mənbələr