“AK Telecom” və “Smartfon” şirkətlərinin rəhbərinə stop qoyulub.
Hit.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, “Smartfon” MMC-nin dövlət büdcəsinə borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.
“Smartfon” MMC 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin rəhbəri Babayev Qəni Xəlil oğludur. Şirkətin hazırda 181 990,23 manat vergi borcu var.
Abbas