GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Norveç Xarici İşlər Nazirliyi bir Norveç vətəndaşının İranda həbs edildiyini rəsmi şəkildə təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Iranintl” yayıb. Nazirlik məxfilik tələblərini əsas gətirərək hadisə ilə bağlı əlavə detalların açıqlanmayacağını bildirib.
XİN-in sözçüsü Matias Ronqodun verdiyi məlumata görə, İran əsilli Norveç vətəndaşı Şehin Mahmudinin İslam Respublikasına səfərindən sonra saxlanıldığı dəqiqləşdirilib.
Bununla paralel olaraq, Norveç Xarici İşlər Nazirliyinin rəsmi saytında İrana səyahətlə bağlı xəbərdarlıq yenilənib. Bildirilib ki, xüsusilə ikili vətəndaşlığı olan Norveç vətəndaşlarına İrana getməmək tövsiyə olunur.
Xəbərdarlıqda qeyd olunub ki, İranda saxlanılan İran–Norveç vətəndaşlarına Norveç səfirliyi tərəfindən konsulluq dəstəyi göstərilməsi olduqca çətindir və praktik olaraq mümkün olmur.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.