AZ

Uşaq istismarına 16 il həbs: Övladlarımızı necə qoruyaq?

ain.az, Demokrat.az saytına istinadən bildirir.

"Uşaqların beynində qurduğu təsəvvürlər çox zaman reallıqdan xeyli fərqlənir və daha qorxulu ola bilir. Buna görə də valideynlər ilkin mərhələdə övladlarına yanlış, təhrif olunmuş və xəstə cinsəlliklə bağlı məlumatları kənar mənbələrdən öyrənməyə imkan verməməlidirlər. Əksinə, bu mövzuda uşaqları düzgün şəkildə yönləndirmək valideynin əsas vəzifəsidir".Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. "Burada əsas məsələ uşaqların cinsi tərbiyəsi və məhrəmiyyət hissinin formalaşdırılmasıdır. Məhrəmiyyət anlayışı ilk növbədə ailədən başlayır. Uşağın nəyisə valideyndən gizlətməsinin iki əsas səbəbi ola bilər. Birincisi, bunun yanlış olduğunu anlamaması, ikincisi isə valideyndən qorxmasıdır. Buna görə valideynlər övladları ilə səmimi münasibət qurmalı, uşağa hər şeyi açıq şəkildə danışa biləcəyini və problemləri birlikdə həll edəcəklərini göstərməlidirlər".O bildirib ki, uşaqlara məhrəmiyyət hissi öyrədilməlidir:"Bu o deməkdir ki, heç kəs uşağın istəyi olmadan ona toxuna bilməz və xüsusilə erogen zonalara toxunmaq qəti yolverilməzdir. Böyük problemlərdən biri də valideynlərin uşaqları istəmədikləri halda kimisə öpməyə, qucaqlamağa məcbur etməsidir. Halbuki uşaqlar öz hisslərini böyüklərdən daha yaxşı dərk edirlər. Valideynlər bu məsələdə övladlarına qulaq asmalı və istəmədikləri davranışları onlara zorla etdirməməlidirlər.Eyni zamanda valideynlər övladları ilə hər gün səmimi söhbət etməli, günlərinin necə keçdiyi ilə maraqlanmalı və davranışlarını diqqətlə izləməlidirlər. Uşağın həyatında onu narahat edən, incidən və ya zorakılıq xarakterli bir hadisə baş verdikdə bu, mütləq davranışlarında özünü göstərir. Yuxu rejimi pozula, hərəkət və emosiyalarında dəyişiklik yarana bilər. Valideynlər bu dəyişiklikləri vaxtında hiss etməli və övladlarını yaxşı tanımalıdırlar".Onun sözlərinə görə, xərurət olduqda uşaqların psixoloji diaqnostikadan keçirilməsi də faydalıdır:"Bu, həm uşağın valideynə açıq danışmasına şərait yaradır, həm də baş verən hadisənin düzgün və ya yanlış olduğunu anlamağına kömək edir. Çünki uşaqlar bu mövzularla bağlı məlumatları çox vaxt kənar mənbələrdən aldıqları üçün bunun zərərli tərəflərini dərk etməyə bilərlər".Qeyd edək ki, Tərtərdə 13 yaşlı yeniyetmə qadın müəllimin əri tərəfindəm cinsi istismara məruz qalıb, şəxsə 16 il hökm oxunub.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
demokrat.az

1Mənbələr