AZ

Baş nazir postuna namizədimizi 2026 cı ildə açıqlayacağıq Karapetyan

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Həbsdə olan biznesmen Samvel Karapetyanın yaratdığı “Öz yolumuzla” hərəkatı 2026-cı ilin əvvəlində Ermənistanın baş naziri postuna namizədini elan edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə mətbuat konfransında hərəkatın koordinatoru, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan deyib.

Onun sözlərinə görə, yanvar ayında “Öz yolumuzla” partiyasının yaradıldığı elan olunacaq və təsis qurultayı keçiriləcək. Məhz həmin qurultayda hərəkatın baş nazirliyə namizədi açıqlanacaq. Narek Karapetyan vurğulayıb ki, hərəkatın namizədi erməni cəmiyyəti üçün qəbuledilən fiqur olacaq.

Eyni zamanda koordinator qeyd edib ki, “Öz yolumuzla” hərəkatı keçmiş prezidentlərlə əməkdaşlıq etməyi planlaşdırmır. Onun fikrincə, sabiq prezidentlərdən hər hansı birinin hakimiyyətə qayıdışı cəmiyyətdə konsolidasiyanı mümkünsüz edər.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
globalinfo.az

1Mənbələr