AZ

Seneqal Afrika Kubokuna qələbə ilə start verdi

2025-ci il Afrika Kuboku çərçivəsində qrup mərhələsinin 1-ci turunda Seneqal və Botsvana qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, matç 3:0 hesabı ilə nominal ev sahiblərinin xeyrinə başa çatıb.

Hesabı Nikolas Cekson açıb, 58-ci dəqiqədə isə üstünlüyü artırıb. Oyunun son dəqiqəsində Şerif Ndiaye hesabı 3:0-a çatdıraraq qələbəni rəsmiləşdirib. 

Qeyd edək ki, turnir Mərakeşdə keçirilir, 24 milli komanda iştirak edir və yarış 18 yanvar tarixinədək davam edəcək. Hazırkı qalib isə Kot-d’İvuar komandasıdır.

Seçilən
52
90deqiqe.az

1Mənbələr