23.12.25 tarixində saat 14:20 radələrində 1966-cı il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə NOCOMMENT.az–a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, kəllə-beyin travması, başın açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə aparılır.
***
Gəncədə piyada yol qəzasında xəsarət alıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, prospektlə hərəkətdə olan Mersedes markalı minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü S.Məmmədovanı vurub.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.