ain.az bildirir, Newscenter.az portalına istinadən.
Serbiyanın xarici işlər naziri Marko Curiç ölkəsinin ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planını dəstəklədiyini bildirib. Newscenter.az TASS-a istinadən bildirir ki, o, həmçinin Belqradın danışıqlar üçün məkan kimi xidmət etməyi təklif etdiyini xatırladıb."Ukraynada sülh Avropa üçün vacib məsələdir. Avropa təzyiq altındadır. Biz ABŞ prezidenti Donald Trampın planını və hərbi əməliyyatlara son qoymağa səbəb ola biləcək bütün digər təşəbbüsləri qətiyyətlə dəstəkləyirik", - deyə nazir vurğulayıb.Nazir deyib ki, Belqrad özünü danışıqlar üçün platforma kimi təqdim edir:"Biz birbaşa ABŞ, Avropa, Rusiya, Çin və ya Yaxın Şərqə uça biləcəyiniz azsaylı paytaxtlardan biriyik. Bundan əlavə, biz qonaqpərvər və nəzakətli ev sahibləri kimi tanınırıq".Fuad
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.