AZ

"Milan" 18 yaşlı hücumçunu transfer edəcək

Serbiyanın "Partizan" klubunun futbolçusu Andrey Kostiç karyerasını İtaliyada davam etdirəcək.

"Ölkə.az" xəbər verir ki, 18 yaşlı hücumçu "Milan"la razılıq əldə edib.

"Rossoneri"lər qarşı tərəfə monteneqrolu oyunçu üçün 5 milyon avro ödəyəcək. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Andrey Kostiç "Partizan"a ötən yay Monteneqronun "Buduçnost" komandasından 900 min avro qarşılığında keçib. O, Belqrad təmsilçisində cari mövsüm ərzində keçirdiyi 27 oyunda 9 qol vurub.

Seçilən
46
1
olke.az

2Mənbələr