ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UFC-nin rusliyalı çempionu İslam Maxaçev irlandiyalı Konor Makqreqoru Mütləq Döyüş Çempionatında (UFC) ən yaxşı "trash-talker" (rəqibləri sözlə təhqir edən, psixoloji təzyiq göstərən döyüşçü) adlandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "TNT Sports" məlumat yayıb.
Maxaçev ən yaxşı döyüşçü kimi Həbib Nurmaqomedovu göstərib, hazırda isə ən yaxşı idmançı hesab etdiyi şəxsin özü olduğunu bildirib.
37 yaşlı Makqreqor narkotik asılılığının müalicəsində istifadə olunan, Afrika mənşəli bitkidən əldə edilən iboqain maddəsi ilə müalicə alıb. Makqreqor 36 saat ərzində bu preparatın təsiri altında olub. Hazırda idmançı antidopinq qaydalarını pozduğuna görə 18 aylıq diskvalifikasiya altındadır və bu cəza 2026-cı ilin mart ayında başa çatacaq.
2025-ci ilin mart ayında Makqreqor noyabrda keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb. Məlumata görə, o, İrlandiyada miqrantların sərt əleyhdarıdır və bu məsələ ilə bağlı yaxın zamanda ABŞ Prezidenti Donald Trampla da görüşüb. Həmin görüşdə Makqreqor ölkə hökumətini qeyri-qanuni miqrasiyanı təşviq etdiyinə görə tənqid edib.
Buna qədər Konor Makqreqor İslam Maxaçevlə döyüşmək istədiyini də dilə gətirmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.