AZ

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 2 dəfə artıb

2025-ci ilin 11 ayı ərzində Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə artaraq, 890 milyon 261 min ABŞ dolları təşkil edib.

"Ölkə.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan İsveçrəyə ixracın həcmi təxminən 412 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb.

Eyni zamanda, İsveçrədən Azərbaycana idxalın həcmi təxminən 478 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə çoxdur.

Cari ildə Azərbaycandan İsveçrəyə 172 min 862 ton neft ixrac edilib. Satılan neftin ümumi dəyəri isə 96 milyon 642 min ABŞ dolları olub.

Seçilən
48
olke.az

1Mənbələr