Hoff şirkətinin assortiment dizaynı departamentinin rəhbəri Anna Soldatkina bayram işıqları (girlyandalar) alarkən nələrə diqqət edilməli olduğunu izah edib.
Redaktor.az xəbər verir ki, o, bu haqda aif.ru-ya danışıb.
Soldatkina bildirib ki, girlyandaları yalnız iri mağazalardan almaq lazımdır.
“Belə yerlərdə siz məhsulun müvafiq sertifikatlara və markirovkaya malik olub-olmadığını yoxlaya bilərsiniz. Bundan əlavə, əgər qablaşdırmada istehsalçı, gərginlik, istifadə şərtləri və digər məlumatlar göstərilməyibsə, bu halda məhsulu almaqdan imtina etmək lazımdır”, - deyə dizayner izah edib.
Aytəkin TOFİQQIZI