AZ

Yasamalda küçədən qadın meyiti tapılıb

Paytaxtın Yasamal rayonunda küçədə qadın meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun M.Sübhi küçəsində qeydə alınıb.

Yoldan keçənlər tərəfindən tapılan meyitin təxminən 40-45 yaşlarında olan bir qadına məxsus olduğu bildirilir. İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq və ya xəsarət əlaməti aşkar edilməyib.

Baş Prokurorluqdan bildirilib ki, ölüm hadisəsi bioloji səbəblərdən baş verib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Seçilən
43
2
anews.az

3Mənbələr