ABŞ Prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan prezidentlərinin 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitinə qonaq qismində iştirak etmək üçün dəvət olunacağını bəyan edib.
Redaktor.az bildirir ki, Ağ Evin rəhbəri bu barədə məlumatı "Truth Social" sosial şəbəkəsində verib.
"Bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə çox gözəl iki telefon danışığım oldu. Biz davam edən münaqişələrdə sülhə nail olmağın vacibliyini, həmçinin ölkələrimiz arasında artan ticarət və əməkdaşlığı müzakirə etdik. Ölkələrimiz arasındakı münasibətlər çox yaxşıdır", - deyə Tramp bildirib.
"Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və hər iki liderə Mayamidə baş tutacaq bu mühüm tədbirdə qonaq qismində bizə qoşulmaq üçün dəvət göndərəcəyik", - deyə paylaşımda vurğulanıb.