AZ

Universitetdə QALMAQAL: Bəşər Əsədin qızına mesaj yazan tələbə QOVULDU – FOTO

Bəşər Əsədin qızına mesaj yazan tələbə yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. “Sənin burada olmağın arzuolunmazdır” yazan gənc universitetdən qovulub, təhlükəsizlik qüvvələri işə qarışıb.

Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ali təhsil alan Suriya Prezidenti Bəşər Əsədin qızı Zeyn Əsəd tələbə yoldaşı tərəfindən təzyiqə məruz qalıb. O, kurs yoldaşından “Sənin burada olmağın arzuolunmazdır” məzmunlu mesaj alıb.

Hadisədən sonra mesajı yazan tələbə qısa müddət ərzində gözdən itib. Bildirilir ki, həmin şəxs BƏƏ təhlükəsizlik qüvvələri tərəfindən dindirilib.

Yekunda tələbənin universitetdən xaric edildiyi (təhsildən kənarlaşdırıldığı) qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
1
interpress.az

2Mənbələr