GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Özbəkistan lideri Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Səhər saatlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan lideri Şavkat Mirziyoyevlə çox yaxşı telefon danışığımız oldu. Biz davam edən münaqişələrdə sülhün təmin olunmasının, həmçinin ölkələrimiz arasında ticarət və əməkdaşlığın genişləndirilməsinin vacibliyini müzakirə etdik. Bu iki ölkə ilə münasibətlərimiz əladır. Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və biz hər iki lideri bu mühüm tədbirdə qonaq qismində görmək istəyirik. Sammit Mayamidə keçiriləcək”, – deyə ABŞ lideri vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.