Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvili Gürcüstanda həbs edilib.
Baş prokuror Giorgi Qvarakidzenin sözlərinə görə, o, rüşvət almaqda ittiham olunur.
Həbs Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib. “Qriqol Liluaşvili… bizim istintaqımız altında olan bir neçə işdə rüşvət almaqda ittiham olunur”, – deyə Baş prokuror brifinqdə bildirib. Müstəntiqlərin sözlərinə görə, Liluaşvili türk investorundan 1 milyon dollar və gürcü iş adamından 1,5 milyon lari alıb.
Keçmiş DTX rəisinə “müxalifət çağrı mərkəzləri”ni gizlətdiyinə görə 1,3 milyon dollar rüşvət verildiyi də iddia edilir. O, həmçinin tikinti şirkətlərindən də çoxlu rüşvət alıb.
İstintaq bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırılmış xüsusilə böyük məbləğdə rüşvət qəbulu maddəsi ilə aparılır. Keçmiş məmuru 11 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
//Samir Qurbanov, Editor.az