AZ

“Hilton Garden Inn Agdam” hoteli açıldı – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevralında isə kompleksdə görülən tikinti işləri ilə tanış olublar.

İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Bütün bu işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun icra olunur. Bu hotellər memarlığına görə ərazinin təbii landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və ən müasir xidmət prinsiplərinə əsaslanır.

Turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır. Hotellərin tikintisi, həmçinin bu bölgələrdə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına təkan verir. Bütün bu işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm potensialında mühüm yer tutmasına da zəmin yaradacaq.

DOĞRU.AZ

image-1766496923226287533_1200x630 image-1766496923609991583_1200x630 image-17664969235977252174_1200x630 image-17664969232507042620_1200x630 image-17664969234799437605_1200x630 image-17664969235751813753_1200x630 image-17665011084749728180_1200x630 image-17664969231622724525_1200x630 image-17665011084721248805_1200x630 image-176649692386846498_1200x630 image-17664969232215817439_1200x630 image-17664969232567240822_1200x630 image-1766496923673735946_1200x630 image-17664969232898414509_1200x630 image-17664969235152914464_1200x630 image-17664969231466443069_1200x630 image-17664969235478333159_1200x630 image-17664969234973828364_1200x630 image-17664969235382619551_1200x630 image-17664969233203349318_1200x630 image-1766496923650596972_1200x630 image-17664969236152229784_1200x630 image-17664969234401810830_1200x630

Seçilən
45
49
dogru.az

10Mənbələr