AZ

Azərbaycan klublarının dəyəri açıqlandı

Klub səviyyəsində Misli Premyer Liqasının ümumi bazar dəyəri 125.95 milyon avrodan ibarətdir.

"Cebheinfo.az" xəbər verir ki, ölkə çempionatının ən bahalı heyətinə malik klub 28.5 milyon avro ilə "Qarabağ"dır.

"Sabah"ın heyət dəyəri 16.6 milyon avro, "Zirə"nin isə 13.9 milyon avro təşkil edir. "Neftçi"nin ümumi heyət dəyəri isə 12.13 milyon avroya enib.

Azərbaycan Premyer Liqasının ən ucuz heyətə malik klubu isə 4.18 milyon avro ilə "Karvan-Yevlax"dır.

Siyahını təqdim edirik:

1. "Qarabağ" - 28.5 milyon avro;

2. "Sabah" - 16.6 milyon avro;

3. "Zirə" - 13.9 milyon avro;

4. "Neftçi" - 12.13 milyon avro;

5. "Turan Tovuz" - 10.3 milyon avro;

6. "Sumqayıt" - 8.98 milyon avro;

7. "Araz-Naxçıvan" 8.95 milyon avro;

8. "Şamaxı" - 6.55 milyon avro;

9. "Kəpəz" - 6.38 milyon avro;

10. "İmişli" - 5.2 milyon avro;

11. "Qəbələ" - 4.3 milyon avro;

12. "Karvan-Yevlax" - 4.18 milyon avro.

"Cebheinfo.az"

Seçilən
50
cebheinfo.az

1Mənbələr