ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü O.Kulaib başının çapılmış yarası və travması ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilib.
Məlumata görə, O.Kulaib sözü gedən ərazidə yerləşən mağazaların birinə oğurluğa girib. Bu zaman 31 yaşlı kişi tutulduğunu görərək başını divara çırpıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.