AZ

"Metropoliten alternativ tariflər tətbiq etməlidir" - AÇIQLAMA

"Bakı Metropoliteni" QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur. Bununla da, metronun yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,54 milyon manata çatıb. Bəs qurumun daim zərərlə işləməsinin səbəbləri nələrdir? Bu barədə Ajans.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, maliyyə itkisinin əsas səbəbi xərclərdir: “Dövlət tabeliyində olan qurumlar zərərlə işləməklərinə qiymətləri əsas gətirirlər, tariflər aşağı olduğu üçün zərərlə işlədiklərini qeyd edirlər. Lakin, əgər zərər varsa, ilk öncə xərclər azaldılmalıdır. Burada xərclərin idarə olunması məsələsi var”. İqtisadçı qeyd edib ki, bəzi qurumlar xərclərini şişirdirlər: “İkinci məsələ işçi sayı ilə bağlıdır, bu qədər işçiyə ehtiyac var? Düzgün kadr siyasəti qurulmalıdır. Rəhbər vəzifələrin fəaliyyəti yoxlanılmalıdır.

Uzunmüddətli bilet siyasəti tətbiq edilməlidir, fərqli qiymətlərlə gediş kartları təklif edilməlidir. Bu zaman qurum bir dəfəyə 100-150 milyon manat qazana bilər və problemlərini həll edə bilər. Dünya təcrübəsində bu tətbiq edilir, Azərbaycanda isə nədənsə edilmir, ya zərəri dövlət ödəməli olur, ya da qiymətləri artırırlar, əhaliyə yük olur”.  

Seçilən
56
Ajans.az

1Mənbələr