Hazırda uşaqlar və böyüklər arasında influenza adlanan qrip növü yayılıb. Ən çox isə uşaqlar bu qripə yoluxub.
Bəs uşaqların müayinə edilmədən valideynləri tərəfindən özbaşına müalicə edilməsi düzgündürmü?
Bu barədə Redaktor.az-a danışan həkim-pediatr Nigar Bayramova bildirdi ki, uşaqlarda yüksək hərarət və öskürək müşahidə olunduqda həkim müayinəsi aparılmadan müalicəyə başlanması tibbi baxımdan düzgün və təhlükəsiz hesab edilmir:
"Valideynlərin narahatlığını başa düşmək mümkün olsa da, uşağa baxış keçirilmədən dərman təyin edilməsi ciddi fəsadlara yol aça bilər. Eyni klinik əlamətlər müxtəlif xəstəliklər zamanı müşahidə oluna bilər: Yüksək hərarət və öskürək virus infeksiyası, pnevmoniya, qulaq iltihabı, bronxiolit, susuzlaşma kimi bir-birindən tam fərqli vəziyyətlərdə rast gəlinə bilər və hər birinin müalicə yanaşması fərqlidir. Antibiotiklər virus infeksiyalarına təsir etmir. Eyni zamanda “antivirus” adı altında istifadə edilən bütün preparatların elmi sübut bazası eyni səviyyədə deyil. İnhalyasiya hər öskürək və hər qızdırma zamanı mütləq göstəriş hesab olunmur və yalnız tibbi əsas olduqda tətbiq edilməlidir".
Nuriyyə NATİQQIZI