AZ

Pezeşkianın qızı: "Atamla İlham Əliyev arasında dostluq münasibətləri var"

"Bu, mənim Azərbaycana üçüncü səfərimdir. İlk səfərim cənab Prezident Pezeşkianın Bakıya rəsmi səfəri çərçivəsində baş tutub. İkinci səfərim isə onunla birlikdə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşündə iştirak məqsədi daşıyıb".

Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a eksklüziv açıqlamasında İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian deyib.

O, Azərbaycana əvvəlki səfərləri ilə bağlı çox xoş xatirələrinin olduğunu bildirib:

"Bizi hər zaman çox səmimi və yüksək səviyyədə qarşılayıblar. Mən iki Prezident (İlham Əliyev və Məsud Pezeşkian-red.) arasında olduqca mehriban və dostluq münasibətlərinin şahidi oldum. Danışıqlar son dərəcə konstruktiv keçdi və mühüm razılaşmalar əldə olundu. Bu səfərlərdən sonra iki ölkə arasında münasibətlərdə müsbət dinamika formalaşıb. İran və Azərbaycan arasında bir çox oxşarlıqlar mövcuddur. Davranış və münasibətdə, qonaqpərvərlikdə, səmimi qarşılanmada, ortaq baxışda, həyat tərzində və digər sahələrdə xalqlarımız arasında çoxlu ortaq cəhətlər var".

Z.Pezeşkian iki ölkə arasında humanitar layihələrin icrasının mümkünlüyünə də toxunub:

Seçilən
44
4
publika.az

5Mənbələr