AZ

Bu şəxslərə avtomobil verilməsinə görə məsuliyyət SƏRTLƏŞDİRİLİR

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin avtomobili idarəetmə hüququ olmayan şəxsə verməsi inzibati məsuliyyət yaradır. Bu cür hallara görə cərimə və bəzi hallarda inzibati həbs nəzərdə tutulur".Bunu Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.O, bildirib ki, qanuna görə, nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verən fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 min manat məbləğində cərimə edilir:"Eyni qayda bir il ərzində təkrar pozulduğu halda cərimələrin məbləği artırılır. Əgər bu pozuntu nəticəsində yol hərəkəti qaydaları pozularaq üçüncü şəxslərə fiziki və ya maddi zərər vurularsa, cərimələr daha da sərtləşir. Bu halda fiziki şəxslər 180 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 5 min manat cərimə olunur".Vəkil bildirib ki, qanunvericilikdə ümumi istifadədə olan nəqliyyat vasitələrinin, xüsusilə sərnişin daşıyan nəqliyyat vasitələrinin idarəetmə hüququ olmayan şəxslərə verilməsi ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirilir:"Belə hallara görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 3 min manat cərimə edilir. Bu pozuntu bir il ərzində təkrar törədildikdə fiziki şəxslər barəsində 15 gündən 1 ayadək inzibati həbs, hüquqi şəxslər barəsində isə 5 min manat cərimə tətbiq oluna bilər. Əgər nəticədə zərərçəkənin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya maddi zərər vurularsa, cərimələr daha yüksək məbləğdə müəyyən edilir və inzibati həbs də tətbiq edilə bilər".Onun sözlərinə görə, qanunun məqsədi yol hərəkəti təhlükəsizliyini təmin etmək, məsuliyyətsiz idarəetmənin və ağır nəticələrin qarşısını almaqdır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr