AZ

Fənərbaxça bu ulduzdan imtina etdi

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin "Fənərbaxça" klubu tərəfdarlarını məyus edib. İstanbul təmsilçisi ötən gün "razılaşdıq" dediyi ulduz futbolçudan bu gün imtina edib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" Hollandiyanın PSV klubunun yarımmüdafiəçisi Joey Veermanla anlaşıb. Klub rəsmiləri ötən gün bu xəbəri azarkeşlərlə bölüşüb. Bu gün isə məlum olub ki, İstanbul klubu 18 milyon avroya anlaşdığı hollandiyalı ulduzun xidmətində maraqlı deyil.

Türkiyənin "Sözcü" qəzeti hadisənin təfərrüatını öyrənə bilib. KİV iddia edib ki, Veermen "Fənərbaxça"nın istədiyi futbolçu deyil.

"Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu bir çox kriteriyalara malik olmalıdır. O, fiziki cəhətdən güclü olmalı, 90 dəqiqə ərzində həm hücuma, həm də müdafiəyə kömək etməlidir. Sərbəst vuruşları dəqiq yerinə yetirməli, qol vurmağı bacarmalıdır. "Fənərbaxça" rəhbərliyi Veermendə bu potensialı görmədiyi üçün son anda ondan imtina etdi", - "Sözcü" qəzeti yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
metbuat.az

2Mənbələr