Gəncədə piyada yol qəzasında xəsarət alıb.
NOCOMMENT.az-ın xəbər verir ki, qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, prospektlə hərəkətdə olan Mersedes markalı minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü S.Məmmədovanı vurub.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.