AZ

Azərbaycan energetika sahəsində yeni dövlət standartları qəbul edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) energetika sahəsində yeni dövlət standartları qəbul edib.

Aznews.az xəbər verir ki, bunlar, AZS ISO 50006:2025 "Enerji menecmenti sistemləri - Enerji səmərəlilik göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji səmərələliyinin qiymətləndirilməsi", AZS ISO/PAS 50010:2025 "Enerji menecmenti və enerjiyə qənaət – ISO 50001 enerji menecmenti sistemindən istifadə etməklə əməliyyatlarda xalis sıfır əldə olunması üçün rəhbərlik" dövlət standartlarıdır.

Yeni dövlət standartlarının qəbulu müəssisələrin enerjidən istifadəni izləmələrinə, enerji performans göstəricilərinin qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik olacaqlar.

Seçilən
28
8
aznews.az

9Mənbələr