AZ

Qubada yeyib içən dostlar dava etdilər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Quba rayonunda 32 yaşlı kişi sərxoş vəziyyətdə həmkəndlisi və dostuna xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 6 noyabr 2025-ci ildə rayonunun Susay kəndində baş verib. 1993-cü il təvəllüdlü Təbriz kəndin dağlıq ərazisində həmkəndlisi Habil ilə mübahisə edib. 

Aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə Habili qəsdən vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Hadisəni törədən Təbrizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Təbriz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həmkəndlisi Habil adlı şəxslə birlikdə istirahət etməkdən ötrü onun idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə Quba rayonu Susay kəndində dağlıq ərazidə gediblər: “Orda yeyib-içdikdən sonra, saat 21:00-da yaşadığımız ünvana qayıtmaq üçün avtomobilə əyləşdik. Habil sərxoş vəziyyətdə sükan arxasına keçərək avtomobili idarə etmək istədiyini bildirdi. mən avtomobilin açarını çıxardaraq Habilin avtomobili idarə etməsini icazə vermədim. Bu zaman aramızda mübahisə baş verdi. Baş vermiş mübahisə zamanı Habilin sifət nahiyəsinə əl zərbəsi ilə vurdum. Daha sonra Habili yaşadığı ünvana apararaq qoydum. Sonra isə öz evimə getdim”. Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
demokrat.az

1Mənbələr