AZ

Durban şəhərində baş verən daşqınlar nəticəsində dörd nəfər həlak olub



Cənubi Afrikanın şərqində yerləşən Durban şəhərində son iki gündə yağan leysan yağışların yaratdığı daşqınlar nəticəsində dörd nəfər ölüb.Dövlət televiziyası SABC-nin məlumatına görə, güclü yağışlardan sonra Durbanın cənubundakı Amanzimtoti bölgəsində çayın üzərindəki alçaq körpüdən keçərkən bir nəqliyyat vasitəsi sel suları altında qalıb.

Səlahiyyətlilər nəqliyyat vasitəsindəki üç nəfərdən ikisinin cəsədinin tapıldığını və itkin düşmüş üçüncü şəxsin axtarış işlərinin davam etdiyini bildiriblər.Bundan əlavə, Port Şepston ərazisində daşqınlar nəticəsində həlak olan daha iki nəfərin cəsədi tapılıb.

Meteorologiya rəsmiləri bölgədə yağışların davam etdiyini bildirib və vətəndaşları daşqın riski olan ərazilərdə ehtiyatlı olmağa çağırıb

aia.az
Tərcümə şöbəsi



Seçilən
19
aia.az

1Mənbələr