ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Vəziyyət belə davam edərsə yaxın 3 ildə Rusiyada aviaşirkətlər yük daşınmasını tamamilə dayandırmalı olacaq.
Avtosfer.az xəbər verir ki, bu bəyanatla ekspert Konstantin Yaroşenko çıxış edib. O, bildirib ki, problemin səbəbi aviaparkın köhnəlməsi, ehtiyat hissələrin tapılmaması, uzun təmir növbələri və pilot çatışmazlığıdır.
Hazırda 7 aviaşirkətin balansında uçuşa yararıı cəmi 28 təyyarə qalıb. Bir o qədər maşın da təmir növbəsindədir.
Yük təyyarələrinin demək olar hamısı sovet istehsalıdır. Rusiyada yeni hava gəmiləri istehsal edilmir. Hazırda İl-76 təyyarələrinin gövdəsinin istismar müddətinin 40 ildən 45 ilə, mühərrikin iş vaxtının isə 14 min saatdan 16 min saata qaldırılması təklif edilir.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.