MEDİA könüllülərinə "AnewZ" kanalının redaksiyaları, studiyaları, yayım otaqları və fəaliyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, 12-dən çox ölkədə təmsilçisi olan və 110-dan artıq ölkəyə yayımlanan kanal peyk, rəqəmsal platformalar və sosial media vasitəsilə geniş auditoriyaya çıxış imkanı yaradır. Eyni zamanda qeyd edilib ki, kanalın yaradıcı heyətində müxtəlif ölkələrdən media sahəsində zəngin təcrübəyə malik peşəkar jurnalistlər yer alır.
Könüllülərə xəbər otağında gündəlik efir hazırlığı, montaj prosesi, süni intellekt texnologiyaları ilə xəbər istehsalı və sosial media üçün kontentin yaradılması prosesi haqqında ətraflı izah verilərək nümunələr təqdim edilib.



















Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31