AZ

Madurodan Trampa çağırış: “ABŞ ın daxili məsələlərini həll edin”

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

"Əgər Trampla yenidən danışsam, ona deyəcəyəm ki, hər kəs öz ölkəsinin daxili işlərinə diqqət yetirməlidir"

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa öz ölkəsinin problemlərinə diqqət yetirməyi məsləhət görüb. AYNA.AZ xəbər verir ki, bu barədə Maduro “Venezolana de Televisión” televiziya kanalında bildirib.

"Əgər Trampla yenidən danışsam, ona deyəcəyəm ki, hər kəs öz ölkəsinin daxili işlərinə diqqət yetirməlidir", - Maduro qeyd edib.

Prezident bildirib ki, Tramp ölkəsindəki sosial məsələlərə diqqət yetirsəydi, daha yaxşı olardı: “Təəssüf ki, Trampın çıxışlarının və bəyanatlarının 70%-i Venesuelaya həsr olunub".

Maduro hesab edir ki, ABŞ xalqı xarici müdaxilələrə, davamlı müharibələrə və rejim dəyişikliyinə qarşı, insanlığa və suverenliyə hörmət edən, müdaxilə etməyən və müharibələrə səbəb olmayan yenilənmiş bir ölkəyə səs verib.

Dövlət başçısı vurğulayıb ki, 2Venesuela həmişə ciddi, hörmətli dialoqa hazırdır və qələbəyə əmindir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
ayna.az

2Mənbələr