AZ

Azərbaycanda yanğınların sayı azalıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda yanğınların sayı azalıb.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, 2025-ci ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1441 yanğın hadisəsi qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə (1618 fakt) 177 yanğın hadisəsinin azalması deməkdir: “Bu da yanğın təhlükəsizliyi sahəsində aparılan profilaktik tədbirlərin müəyyən müsbət nəticə verdiyini göstərir”.

Nazirlikdən qeyd olunub ki, satatistik təhlillər yanğınların başvermə səbəbləri baxımından ciddi risk amillərinin hələ də qalmaqda olduğunu ortaya qoyur.

“Belə ki, ümumi yanğın hadisələrinin təxminən 46 faizi elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yol verilən nöqsanlar səbəbindən baş verib. Bu kateqoriyaya köhnə və standartlara cavab verməyən elektrik naqilləri, həddindən artıq yüklənmə, nasaz elektrik cihazlarından istifadə, həmçinin təhlükəsizlik qaydalarına əməl olunmaması daxildir”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
48
yenisabah.az

1Mənbələr