AZ

Turist restoranın şüşə qapısına çırpılaraq ÖLÜB

Ajans.az The Standart qazetinə istinadən xəbər verir ki, tək yaşayan turist yemək yeyərkən qəribə davranmağa başlayıb: ruhdan düşüb, başını yelləyib və ətrafdakılara yönəlmiş hərəkətlər edib. Restoran işçiləri kömək üçün yaxınlaşanda kişi birdən yerindən sıçrayıb, qışqırıb və başını restoranın şüşə qapısına çırpıb. Zərbənin təsiri ilə şüşə sındı və turist küçəyə yıxıldı. Təcili yardım çağırılıb, lakin o, qan itkisindən ölüb. “The Standard” qəzetinin məlumatına görə, polis hadisənin səbəblərini araşdırır. Hələlik ölən şəxsin psixi vəziyyəti və digər detallarla bağlı rəsmi açıqlama verilməyib.

Seçilən
17
Ajans.az

1Mənbələr