AZ

Moldova Ukraynadan taxıl idxalına qoyulan məhdudiyyətləri aradan qaldıracaq



Moldova 31 dekabrdan, xüsusi lisenziyalaşdırma rejimi bitdikdən sonra Ukraynadan taxıl və yağlı toxumların idxalına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə kənd təsərrüfatı naziri Lyudmila Katlabuqa jurnalistlərə yerli fermerlərin məhdudiyyətlərin uzadılması tələblərini şərh edərkən deyib.

Nazir bildirib ki, lisenziyalaşdırma rejimi ilə bağlı mövcud 170 nömrəli sərəncam artıq bu tədbirin uzadılmasına imkan vermir:

"Buna uyğun olaraq, biz normal idxal rejiminə qayıdırıq".

O, hakimiyyət orqanlarının bazarı izləməyə davam edəcəyini və lazım gələrsə, dərhal müdaxilə etməyə hazır olduğunu bildirib.

Şeyda
Seçilən
22
1
newscenter.az

3Mənbələr